Acı dərman (şeirlər). May Van Fan. Rus dilindən çevirən: Afaq ŞIXLI. Redaktorlar: Əkbər QOŞALI, Afaq ŞIXLI
12/09/2022
May
Van Fan
Rus
dilindən çevirən: Afaq
ŞIXLI
Redaktorlar: Əkbər QOŞALI, Afaq ŞIXLI
Afaq ŞIXLI, şair-tərcüməçi
Acı
dərman
(Ngọc
Trâm ithaf olunur)
Atəş yandırıb yaxır səni, mənim balam.
Mən isə, sənin atan, yanıb külə dönürəm.
Dərman acıdır, amma gözləyə bilmərik.
Əlimdən tut.
Bax, necə də şehə bənzəyir bu damcılar.
Bardaq da dolu deyil.
Gecə yaman soyuqdur!
Bilirsən,
incə ləçəklər
məhz acı köklərinin sayəsində gözəl ətir
saçır.
Tər damcıları
əlimdə döyənəyə dönür sanki.
Bahar süzülür bardaqlara.
Atanın
göz yaşı dövrü başlar,
acı-acı ağlar həqiqət.
Yuxuda nə görürsən, körpəm?
Dərmanı pəncərənin qarşısına qoyuram.
Böyüyüb mənim yaşıma çatdığında
tufan qopacaq
bu bardağın dibində.
Mənbə
: «Gün doğarkən», Bakı, 2022)