Fleyta… (Viết cho cây sáo - şeirlər). May Van Fan. Rus dilindən çevirən: Afaq ŞIXLI. Redaktorlar: Əkbər QOŞALI, Afaq ŞIXLI
12/09/2022
May
Van Fan
Rus
dilindən çevirən: Afaq
ŞIXLI
Redaktorlar: Əkbər QOŞALI, Afaq ŞIXLI
Afaq ŞIXLI, şair-tərcüməçi
Fleyta…
(Viết
cho cây sáo)
Fleytaya nəfəs verirəm...
Budur
cənnətə gedən yeddi yol: do, re, mi, fa,
sol, lya, si.
Havada qanad çalan yeddi kəpənək. Səmada
bərq vuran yeddi əsrarəngiz rəng. Yerə düşən kölgədə zərif bir fleyta
silueti...
Dodaqlarımı ona toxundurmağa və
dönə-dönə öpməyə vadar edir məni.
Bəmdən zilə keçərək saysız-hesabsız
səslərlə oyadır gecəni.
Düymələrin üzərilə addımlayan gecənin
ayaq səsləri duyulur. Kainat qulaq kəsilir bu ahəngə.
Yumşaq, incə notlar mənim hələ də var
olduğumu xəbər verir uğursuz sahilə. Və sabah oyandığımda uğur limanının məni
qarşılayacağına inandırır.
İçimdəki boşluqların bu doğma səslərə
ehtiyacı var,
bir körpənin ana südünə ehtiyacı olduğu kimi. Fleytanın
səsi nurtək süzülür vücuduma və ona daha da sıx sarılmaq keçir könlümdən...
Mənbə
: «Gün doğarkən», Bakı, 2022)
Azərbaycan təbiəti şəkillər