Külək əsir... (şeirlər). May Van Fan. Rus dilindən çevirən: Afaq ŞIXLI. Redaktorlar: Əkbər QOŞALI, Afaq ŞIXLI
May Van Fan
Rus dilindən çevirən: Afaq ŞIXLI
Redaktorlar: Əkbər QOŞALI, Afaq ŞIXLI
Afaq ŞIXLI, şair-tərcüməçi
Külək
əsir...
(Gió
thổi)
Biz dar dalanlarda,
yaşıl otların üstündə, qaranlıq
köşələrdə,
ağacların altında öpüşürdik.
Topuğa kimi suya batmışdı ayaqlarımız.
Sərt külək əsmişdi,
təzə-tər yarpaqlarla qidalanan tırtıl da
sənin çiynindən
mənimkinə düşmüşdü.
Hələ də uçmağa davam edir arılar.
Şəlalələr eyni ahənglə axır,
yağış da aram-aram damcılayır...
Başlarını eyni tərəfə əyib ağaclar...
Mənbə : «Gün doğarkən», Bakı, 2022)
AFAQ ŞIXLI
AFAQ ŞIXLI (Şıxlinskaya) – həkim, şair, publisist, tərcüməçi.
Azərbaycan, Rusiya və Avrasiya Yazarlar birliklərinin üzvü, Azərbaycan Jurnalistlər birliyinin üzvü, Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının üzvü, Rusiya Poeziya Akademiyasının müxbir üzvü, “Nicat” – Azərbaycan irsinin dirçəlişi cəmiyyətinin təsisçisi və həmsədri, AYB-nin Moskva bölməsinin məsul katibi.
VOİCEPRESS djb.az-a istinadən xəbər verir ki, o,1969-cu il 25 iyunda Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. Bakıda Azərbaycan Dövlət tibb institutunu bitirib. Moskva şəhərində Qorki adına Ədəbiyyat institutunun nəzdindəki Ali Ədəbiyyat kurslarına daxil olub.
Hazırda Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. Ailəlidir, iki övlad anasıdır. Çoxsaylı şeirlərin, hekayə və publisistik yazıların, eləcə də, rus, türk və tatar müasir və klassik ədəbiyyatından bədii tərcümələrin müəllifidir. Səkkiz kitabı nəşr olunub.
Əsərləri Türkiyə türkcəsinə, rus, ingilis, fransız, özbək və tatar dillərinə tərcümə olunub; Azərbaycan, Rusiya, Türkiyə, Almaniya, Yaponiya, Latviya, Özbəkistan, Tacikstan kimi ölkələrin mətbuatında yayımlanmaqdadır.
Mikayıl Muşfiq adına mükafata, Şahmar Əkbərzadə adına Beynəlxalq mükafata layiq görülüb. Dədə Qorqud fondunun “Mehriban Ana” ordeni ilə təltif olunub.
Azərbaycan təbiəti şəkillər