Məbədə* gedən yol (şeirlər). May Van Fan. Rus dilindən çevirən: Afaq ŞIXLI. Redaktorlar: Əkbər QOŞALI, Afaq ŞIXLI
May
Van Fan
Rus
dilindən çevirən: Afaq
ŞIXLI
Redaktorlar: Əkbər QOŞALI, Afaq ŞIXLI
Afaq ŞIXLI, şair-tərcüməçi
Məbədə*
gedən yol
(Lên
chùa)
Yoxuşla
qalxaraq məbədin qapısına çatdığımızda
gözlərimin önündə Avalokiteşvara
Bodxisatvanın surəti canlandı.
Qəhvəyi çanta,
dik yaxalıq, enli uzun ətək
və bəyaz üzük –
sən aydın səma altında bir halə kimi
bərq vurursan.
Beynim dumanlanır...
Taqətsiz təkrar edirəm:
“Om mani padme hum!”**
Küləkli hava, yol kənarındakı tikanlı
kollar.
Budaqları silkələyərək meşəyə
doğru qaçan canavarın səsi...
________________
* Burada müəllif bir buddist məbədini nəzərdə tutur.
** Tibet mantrasıdır və dərin sakral məna kəsb edir.
Sanskritcə "Nilufər çiçəyində bərq vuran cəvahirə salam olsun"
anlamına gəlir. Bəzi tərcümələrdə "İnsanın gerçək özünə salam" kimi
də görülə bilir.
(Mənbə
: «Gün doğarkən», Bakı, 2022)
AFAQ ŞIXLI
AFAQ ŞIXLI (Şıxlinskaya) – həkim, şair, publisist, tərcüməçi.
Azərbaycan, Rusiya və Avrasiya Yazarlar birliklərinin üzvü, Azərbaycan Jurnalistlər birliyinin üzvü, Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının üzvü, Rusiya Poeziya Akademiyasının müxbir üzvü, “Nicat” – Azərbaycan irsinin dirçəlişi cəmiyyətinin təsisçisi və həmsədri, AYB-nin Moskva bölməsinin məsul katibi.
VOİCEPRESS djb.az-a istinadən xəbər verir ki, o,1969-cu il 25 iyunda Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. Bakıda Azərbaycan Dövlət tibb institutunu bitirib. Moskva şəhərində Qorki adına Ədəbiyyat institutunun nəzdindəki Ali Ədəbiyyat kurslarına daxil olub.
Hazırda Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. Ailəlidir, iki övlad anasıdır. Çoxsaylı şeirlərin, hekayə və publisistik yazıların, eləcə də, rus, türk və tatar müasir və klassik ədəbiyyatından bədii tərcümələrin müəllifidir. Səkkiz kitabı nəşr olunub.
Əsərləri Türkiyə türkcəsinə, rus, ingilis, fransız, özbək və tatar dillərinə tərcümə olunub; Azərbaycan, Rusiya, Türkiyə, Almaniya, Yaponiya, Latviya, Özbəkistan, Tacikstan kimi ölkələrin mətbuatında yayımlanmaqdadır.
Mikayıl Muşfiq adına mükafata, Şahmar Əkbərzadə adına Beynəlxalq mükafata layiq görülüb. Dədə Qorqud fondunun “Mehriban Ana” ordeni ilə təltif olunub.
Azərbaycan
təbiəti şəkillər