Qonaqla vidalaşarkən (Vẫn trấn tĩnh tiễn khách ra ngõ - şeirlər). May Van Fan. Rus dilindən çevirən: Afaq ŞIXLI. Redaktorlar: Əkbər QOŞALI, Afaq ŞIXLI
12/09/2022
May
Van Fan
Rus
dilindən çevirən: Afaq
ŞIXLI
Redaktorlar: Əkbər QOŞALI, Afaq ŞIXLI
Afaq ŞIXLI, şair-tərcüməçi
Qonaqla
vidalaşarkən
(Vẫn
trấn tĩnh tiễn khách ra ngõ)
Çayı dəmləyib gəldim.
Sən demə qonaq getmiş.
Zəng etdim,
“Dünyasını dəyişəli yeddi ildir” –
dedi ailəsi.
Bir yalnışlıq var.
Evimdə
alt-üst olmuş hər şey.
Divardakı şəkli kim çıxarmış?
Qurma saat haradadır?
Bu ucuz çay dəstini kim gətirmiş?
Qonşulara baş çəkdim.
Ərzaqların dəyərini soruşdum:
bəzi qiymətli növlər var,
bəzi növlərin qiyməti var.
Evdəyəm.
Çay hələ istidir.
Qonağın piyaləsini qarşıma çəkdim.
Ölüm təklükəsi saçan buxar önümdə
bir adam boyu yüksəldi.
Və bir göz qırpımında yox oldu.
(Mənbə
: «Gün doğarkən», Bakı, 2022)