"Divanda yer seçirəm" və digər şeirlər (şeirlər). May Van Fan. Azərbaycan dilinə tərcümə edən: Təranə Turan Rəhimli
May
Van Fan
Azərbaycan
dilinə tərcümə edən: Təranə
Turan Rəhimli
Dr.
Təranə Turan Rəhimli
DİVANDA
YER SEÇİRƏM
Yer
seçirəm
Rodedendron
gülü qoyduğum güldanı
qoymaq
üçün
Ortasına
Baharın.
TƏZƏ
TUMURCUQLAR
Baharın
altında sərilib
Rahatca
uzanmış
Öz
nəfəsində boğularaq.
İLK
BAHARIN TƏZƏ OTU
Camış
buzovu
Təzə
otları qoxlamaqda,
Xəbəri
yoxdu,
Anası
getdikcə uzaqlaşmaqda.
BAHARIN
ORTASINDA
Güçlü
küləklər
Şaftalı
çiçəyinin ləçəklərini
Yapışdırır
Hər
yerə.
Dr.
Təranə Turan Rəhimli
Şair, tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar
Birliyinin üzvü (1999), filologiya üzrə fəlsəfə doktoru (2004), dosent (2011).
Təranə Yusif qızı Rəhimli 1970-ci il fevralın 20-də Bakı
şəhərində ziyalı ailəsində anadan olmuşdur. Bakı şəhər 48 saylı orta məktəbində
və Bərdə şəhər 1 saylı orta məktəbində orta təhsil almışdır (1976-1986). O,
1990-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə
daxil olmuşdur. Universitetdə təhsil aldığı illərdə ADPU-nun mətbu orqanı
"Gənc müəllim" qəzetində müxbir və ədəbi işçi kimi fəaliyyət
göstərmişdir . 1995-ci ildə universiteti bitirdikdən sonra həmin qəzetin məsul
katibi və baş redaktoru vəzifələrində çalışmışdır. O, 1997-ci ildən "Kamal
Talıbzadənin yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası üzərində
işləməyə başlamış, 2004-cü ildə dissertasiyasını bitirərək müdafiə etmiş və
elmlər namizədi adını almışdır. Təranə Yusif qızı Rəhimli 1989-cu ildən
Azərbaycan Dövlət Pedaqoji Universitetində işləyir. O, burada əvvəlcə laborant,
baş laborant, sonra universitetin "Gənc müəllim" qəzetində ədəbi
işçi, məsul katib, baş redaktor, daha sonra müəllim, baş müəllim, dosent vəzifəsi
tutmuşdur. İlk şeir və məqalələri 1987-ci ildən çap olunmağa başlamışdır.
Təranə Yusif qızı Rəhimlinin yaradıcı fəaliyyəti elmi, bədii və publisistik
istiqamətləri əhatə edir. Hələ tələbəlik illərində onun «Qar çiçəyi»,
«Addımlar» ədəbi birliklərinin yaradılmasında, «Addımlar» poeziya almanaxının
nəşrində xüsusi rolu olmuşdur. Dövrü mətbuatda bədii, elmi, publisist yazıları
ilə 1987-ci ildən çıxış etməyə başlayan T.Rəhimli Azərbaycan Aşıqlar Birliyinin
/poeziya şöbəsi üzrə/ (1992), Azərbaycan Jurnalistlər Birliyinin (1994), Dünya
Gənc Türk Yazarlar Birliyinin (1998), Azərbaycan Yazıçılar Birliyinin (1999)
üzvü kimi respublikanın mötəbər ədəbi, elmi tədbirlərində Azərbaycan gəncliyini
ləyaqətlə təmsil etmişdir. O, 1997-ci ildə prezident iqamətgahında ölkə başçısı
Heydər Əliyevin gənc yazıçılarla görüşünün iştirakçısı olmuş, Azərbaycan
Yazıçılarının X Qurultayına, Azərbaycan Qadınlar Qurultayına nümayəndə
seçilmiş, bu tədbirlərdə onun məruzə və çıxışları maraqla qarşılanmışdır. O,
10-dan artıq elmi, bədii və publisistik kitabın redaktoru, ön söz müəllifi və
rəyçisi olmuşdur. T.Rəhimli görkəmli ədəbiyyatşünas, akademik Kamal
Talıbzadənin elmi fəaliyyətinə həsr olunmuş «Böyük nəslin layiqli yadigarı»
(2002) adlı monoqrafiyanın, «Dərdin pıçıltısı» adlı şeirlər kitabının (2007),
«Ədəbiyyat və tənqidin yaradıcılıq problemləri» adlı dərs vəsaitinin (2008),
“Sənə yazmadığım şeir” (Türkiyə/Ankara, 2013), “Sevgimdən tanıyacaqlar”
(Türkiyə/İzmir, 2013) şeir kitablarının , "Azəbaycan nəsri və tənqid"
(2017) monoqrafiyasının, 100-dən artıq elmi-nəzəri məqalənin, 200-dək oçerk,
esse və publisist yazının müəllifidir. Mətbuat orqanlarında 1993-ci ildən əmək
fəaliyyətinə başlayan T.Rəhimli «Gənc müəllim» qəzetinin məsul katibi, baş
redaktoru (1993-2006), «Zaman» qəzetinin məsul katibi (1996-1997), «Azərbaycan
mübarizləri» qəzetinin baş redaktoru (1999), «Təhsil problemləri» qəzetinin
redaktoru (2007-2008) olmuşdur. Onun yaxın vaxtlarda yazıb tamamladığı
«1960-1970-ci illər Azərbaycan nəsri ədəbi tənqiddə» mövzusunda doktorluq
dissertasiyası uğurla müzakirə edilmişdir. Azərbaycan ədəbiyyatı tarixi və
nəzəriyyəsi, türk xalqları ədəbiyyatı, Müasir Azərbaycan ədəbiyyatı və tənqidi,
ədəbi əlaqələr sahələri üzrə tədqiqatları vardır.
T.Rəhimli ADPU-nun filologiya fakültəsinin magistratura və
bakalavr pillələrində müxtəlif fənlərdən – Azərbaycan ədəbi tənqidinin tarixi,
Qərb ölkələri ədəbiyyatı, Şərqi Slavyan xalqları ədəbiyyatı, Müasir Azərbaycan
ədəbiyyatından mühazirələr aparır. O, tələbə-gənclərin elmi işə marağının
artması yönümündə də təbliğati işlər görür, onların Tələbə Elmi Cəmiyyətinin
xətti ilə elmi tədbirlərdə təmsil olunmasına köməklik göstərir, hazırladıqları
məruzə və tezislərə elmi rəhbər qayğısını əsirgəmir.
T.Rəhimlinin elmi potensialı onun daha ciddi tədqiqatlar
üzərində işləməsinə şərait yaradır. O, Batı Trakya türkləri ədəbiyyatının,
Azərbaycan ədəbi tənqidinin və bədii nəsrinin müxtəlif problemlərinə dair
tədqiqatlar üzərində səylə işləyir, həmin məsələləri işıqlandıran elmi
məqalələrini müntəzəm olaraq dövrü mətbuat orqanlarında nəşr etdirir.
T.Rəhimlinin ədəbi-elmi fəaliyyəti haqqında ədəbiyyatımızın bir sıra görkəmli
nümayəndələri – akademik Kamal Talıbzadə, xalq şairi Hüseyn Arif, Nüsrət
Kəsəmənli, Oqtay Rza, Akif Səməd, Cavad Cavadlı, professorlar Himalay Qasımov,
Abbas Hacıyev, Əzizxan Tanrıverdi, Təyyar Salamoğlu, Fəyyaz Sağlam,
ədəbiyyatşünas Vasif Novruzov və b. yüksək fikir və rəylərini bildirmiş, onun
yaradıcılığına dair müxtəlif mətbuat orqanlarında məqalələr dərc etdirmişlər.