LAYİHƏ
RƏHBƏRİNDƏN
Qənirə
PAŞAYEVA
Azərbaycanla
Vyetnam arasında ənənəvi dostluq münasibətlərində Vyetnam Prezidenti Ho Şi
Minin Azərbaycana (1959) və Azərbaycan xalqının Ümummilli lideri Heydər
Əliyevin Sovet İttifaqının rəhbərlərindən biri olduğu dövrdə Vyetnama (1983)
səfəri xüsusi hadisə olub, tarixi və mədəni əlaqələrin çox önəmli səhifəsini
yaratmışdır. Bizə yaxşı mə- lumdur ki, Sovet dönə- mində yüzlərlə vyetnamlı
tələbə, Azərbaycanın ali təhsil ocaqlarında oxuyub və onların çoxu hazırda
Vyetnamın dövlət və höku- mət strukturlarında müxtə- lif vəzifələrdə çalışır.
Azərbaycan
Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında dip- lomatik
münasibətlər 23 sentyabr 1992-ci ildən qu- rulmağa başlayıb. 2013-cü ildən
etibarən Azərbaycanın Vyetnamda səfirliyi fəaliyyət göstərir. Əlbəttə,
səfirliyin fəaliy- yətə başlaması ölkələrimiz arasındakı münasibətlərdə böyük
irəliləyişə səbəb olub.
Azərbaycan
Prezidenti İlham Əliyevin Vyetnama dövlət səfəri (18-19 may 2014-cü il),
Vyetnamın o vaxtkı Prezidenti Truong Tan Sangın Azərbaycana rəsmi səfəri (13-15
may 2015-ci il) ölkələrimiz ara- sındakı münasibətlər tarı- xində yeni səhifə
açıb, bütün sahələr, o cümlədən mədəniyyət üzrə əməkdaş- lığın inkişafına güclü
təkan verib. Təsadüfi deyil ki, son illər içində iki ölkə arasında çoxşaxəli
əməkdaşlıq quru- lub. Dost ölkələrimiz ara- sında qurulan parlamentlər- arası
əlaqələr dinamik şə- kildə inkişaf etməkdədir; eyni zamanda, hər iki ölkənin
müvafiq nazirlikləri və digər qurumları arasında birbaşa əlaqələr qurulub.
Eyni
zamanda, Vyetnam Milli Assambleyasında Vyetnam - Azərbaycan Parlamentlərarası dostluq qrupu, Azərbaycan Respub-
likasının Milli Məclisində Azərbaycan-Vyetnam Par- lamentlərarası əlaqələr üzrə
işçi qrupu yaradılıb. Bu- nunla yanaşı
ictimai birliklər – Hanoy şəhərində Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası,
bundan başqa, Azərbaycan Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzi qurulub.
Hər iki qurum ölkələrimiz arasında əla- qələrin davamlı inkişafına öz töhfəsini
verməkdədir.
Mən
Vyetnamda bir neçə dəfə olmuşam. Hər səfərim- də Vyetnamın rəsmi şəxsləri ilə
yanaşı tanınmış QHT və KİV rəhbərləri ilə, aydınlar, yazarlar, mədəniyyət
işçiləri və incəsənət xadimləri ilə görüşüb, fikir mübadiləsi aparmaq fürsə-
tim olub. Belə görüş və fikir mübadilələrində yara- dıcı insanlar öndə olmaqla,
bütövlükdə toplumlarımızın qarşılıqlı olaraq bir-birini daha yaxından
tanımasına, əməkdaşlığın genişlənmə- sinə xidmət edən ideyalar, təşəbbüslər
meydana çıxıb. Belə ideya və təşəbbüslərin zamanla gerçəkləşməsini görmək çox
xoşdur.
Görkəmli
Vyetnam şairi May Van Fanın şeirlərinin ilk dəfə azərbaycancaya çevrilməsini və
Azərbay- canda ilk kitabının işıq üzü görməsini də təsadüfi saymıram. May Van
Fanın yaradıcılığı Vyetnam mə- dəni-mənəvi iqlimini gözəl şəkildə əks
etdirməkdədir. İkincisi, May Van Fan məhz o vicdanlı şairlər- dəndir ki, 44
günlük Vətən müharibəsi zamanı Azər- baycanın haqlı davasına mənəvi dəstək
nümayiş etdirmişdir.
Qardaş
Özbəkistanın nüfuzlu “Kitab dünyası” qəzetinin baş redaktoru, dəyərli bacımız
Xasiyyət Rüstəmin təşəbbüsü ilə (müharibənin gedişində) hazırlanmış müvafiq
Bəyanata imza atmış tanınmış şairlərdən biri də May Van Fan idi.
May
Van Fanın “Gün doğarkən” şeirlər kitabının Azərbaycan-Vyetnam mə- dəni
əlaqələrinin ən yeni tarixində elə məhz Gün kimi doğacağına inanıram.
Şairin
şeirlərini ana dilimizə tərcümə edərək Azərbaycan oxucusuna qazandıran hörmətli
şairə- miz Afaq xanım Şıxlıya və kitabın redaktoru Əkbər Qoşalıya bu iki
ölkənin dostluğuna verdikləri töh- fəyə görə təşəkkür edirəm!
Qənirə PAŞAYEVA
Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət
komitəsinin sədri, Azərbaycan - Vyetnam Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü.
PAŞAYEVA Qənirə Ələsgər qızı
1975-ci
il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olmuşdur.
Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsini və Bakı Dövlət
Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirmişdir. Siyasi elmlər üzrə
fəlsəfə doktoru, professordur. Gürcüstanın «Şərəf» ordeni ilə təltif
edilmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 20-dən artıq elmi,
publisistik kitabın, romanın, yüzlərcə məqalənin müəllifidir. 20-yə yaxın
sənədli filmin ssenari müəllifi və baş məsləhətçisi olmuşdur. Gürcüstanın,
habelə Türkiyənin bir çox vilayətlərinin fəxri vətəndaşıdır. Rus və ingilis
dillərini bilir. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür.
Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədridir. 1998-ci
ildən «ANS» televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir,
redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini,
Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışmışdır.
2005–2012-ci illərdə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin
müdiri olmuş, 2012–2015-ci illərdə «Odlar Yurdu» Universitetinin Siyasi elmlər
kafedrasına rəhbərlik etmişdir. Üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan
Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Mədəniyyət
komitəsinin sədridir. Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi
qrupunun rəhbəri, Avstraliya, Bosniya və Herseqovina, Fransa, Gürcüstan,
İndoneziya, İraq, İspaniya, İtaliya, Koreya, Qazaxıstan, Qırğızıstan,
Macarıstan, Malayziya, Mərakeş, Misir, Moldova, Özbəkistan, Rumıniya, Şimali
Makedoniya, Tailand, Türkiyə, Türkmənistan, Vyetnam, Yaponiya parlamentləri ilə
əlaqələr üzrə işçi qruplarının üzvüdür. Asiya Parlament Assambleyasında
Azərbaycan nümayəndə heyətinin rəhbəridir.