May
Van Fan
Tərcümə: Səlim Babullaoğlu
Səlim
Babullaoğlu
"Şuşaya salam!" V gün
Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət
Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a
qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində
“Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında
danışacaqlar. Bu gün-01 oktyabrda layihə tanınmış Vyetnam şairi May Van Fan
ilə, onun Şuşa barədə ürək sözləri və
şeiri ilə davam edir.
May Van Fan / Vyetnam - görkəmli Vyetnam şairi
Salam əziz dostlar, Azərbaycan! Mən May Van Fan, Vyetnamın
Xayfon şəhərindən olan şair, ədəbi tənqidçiyəm. Hələ məktəbdə oxuyarkən sizin
gözəl ölkəniz, xeyirxah insanların yaşadığı, böyük mədəniyyətə sahib Azərbaycan
haqqında eşitmişdim. Mən azərbaycanlıları, şuşalıları səmimiyyətlə
salamlayıram. Şuşa şəhərini çox sevirəm. Gözəl təbiəti və insanları olan
Şuşanı. Şuşa dünyaya bir çox vacib şair və bəstəkarlar bəxş edib. Çox şadam ki,
bu böyük hadisənin bir hissəsinə çevrilmişəm. Salam, Şuşa! İndi mən sizə “Dağ
çayındakı daş” şeirini Vyetnam dilində oxuyacağam.
Dağ
çayındakı daş
(Đá
trong lòng suối)
Sakit
və səssiz dayanıbdı
gur,
daim hərəkətdə olan,
bədən
donduran şırnağın,
suların
yuduğu daş.
Yoxsa
yazmı gəlib?
Yosun
cücərtiləri qamçı kimi
daşın
yıpranmış iziylə uzanır.
Çoşqun
axının üzərinə yağır
quşların
cəh-cəhi yuxarıdan.
İri
qəmbər daşın üstündəki ağacın kölgəsi tərpənir,
gah
tutur, gah da açır günəşin qabağını.
Bu
yabanı çiçəklərin gözəlliyi necə duruş gətirir,
necə
toxunulmaz və əbədi qalır?
Gözlərini
sakit-sakit yumur daş,
səs-küylü
axının üzərindən axıb keçməsinə icazə verir.
Boz
pəncəli meymun balası
kölgəsini
yellədir ağacın.
Çiskinin
pərakəndə damlaları
ən
gizlin çıxıntılara belə yol tapır.
Buludlar
tərpənməz asılıb göyüzündən.
Yetişmiş
quayavanın ətri
bütün
meşəni başına götürüb.
Kirpi
iynələrini qabardıb, sanki donub.
Bu
anda ən yaxşısı
hamının
öz yerində sakit durmasıdır.
Səlim Babullaoğlu
Səlim
Babullaoğlu (10 dekabr 1972, Əli-Bayramlı) — şair, tərcüməçi, esseist.
Həyatı
Səlim
Babullaoğlu 1972-ci il dekabrın 10-da Əli Bayramlı şəhərində Səlimovlar
ailəsində anadan olub.Şair, esseist, tərcüməçi; şeir və esseləri bir çox dünya
dillərinə çevrilib; Prezident təqaüdçüsüdür (2008).
Şeir kitabları
«Tənha»
(Bakı, 1996), «İyunda oxunan nəğmələr» (İstanbul, Türkiyə, 2006), «Ürək
döyüntüsünə ithaf» (Vroslav, Polşa, 2007), «On» / E.Zalla birlikdə (Bakı,
2008), «Küləyə qarşı gedən qadın» / (Təbriz, İran, 2009), «Kapellhausda bir
axşam»/ E.Zal və E.Hüseynbəyli ilə birlikdə (Bakı, 2009), «İlyas Göçmənin şəkil
dəftəri» (Bakı, 2009), «Maskalı adamların himni» (Kiyev, Ukrayna, 2009), «Qarın
şərhi» (Tiflis, Gürcüstan, 2010). Şerləri rus, ingilis, 2007-ci ildə Polşada
polyak, özbək, gürcü dillərinə çevrilmiş və çap olunmuşdur.
Onun
tərcüməsində B.Pasternak, Z.Herbert, Ç.Miloş, O.Vəli, F.H.Dağlarca və
İ.Brodskinin şeir kitabları işıq üzü görüb.
"Nar
budağı", "Kitab–2003", "Kitab–2004" milli ədəbiyyat
mükafatlarına, Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin 2002–ci il üçün
müəyyənləşdirdiyi "İlin ən yaxşı tərcüməçisi", İLESAM-ın (Ankara)
təsis etdiyi M.Füzuli adına Beynəlxalq Poeziya Mükafatına, Türkiyənin məşhur
"Sali" art-foto qrupunun mükafatına, Qırğızıstan Qızıl qələm
mükafatına və digər ödüllərə layiq görülmüşdür;
Mədəniyyət
Nazirliyinin təsis etdiyi "Nizami Gəncəvinin 880 illiyi (1141-2021)"
xatirə nişanı ilə təltif edilib.
Dünya
Ədəbiyyatı dərgisinin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyi İdarə
Heyətinin və Beynəlxalq Ədəbiyyat Fondunun üzvüdür. Mərkəzi Asiya Pen
Təşkilatının üzvüdür.
(Vikipediya)