DAĞINIQ
DÜŞÜNCƏLƏR USTASI
(Ön
söz)
Afaq
ŞIXLI AYB
Şöhrətilə
öz ölkəsinin hü- dudlarını aşıb keçmiş çağ- daş Vyetnam şairi və nasiri May Vay
Fan yaradıcılığı - na müraciət etmək mənim üçün, bir tərcüməçi kimi, çox maraqlı
oldu.
Yalnız
şair və nasir deyil, həm də fəal ictimai xadim olan May Van Fan hələ 44 günlük
Vətən müharibəmiz zamanı bizi dəstəkləyənlər sırasında olması ilə diqqətimi
çəkmişdi. Azər- baycan Prezidenti İlham Əliyevə müraciətlə yazılan məktubda
onun da imzası vardı:
“...Biz – şairlər və yazıçılar müharibələrə qarşı olsaq da,
sizin fərqli durumunuz hər birimizi düşünməyə va- dar edir. Siz kiminsə
torpaqlarını zəbt etmirsiniz. Siz öz ölkənizdə, öz torpaq- larınızı azad etmək
üçün döyüşürsünüz. Həqiqətsevər siyasətçilə- rin də dediyi kimi, Sizin başqa çıxış
yolunuz yoxdur. Bilirik ki, Azərbaycanın və Azərbaycan xalqının gələ- cəyi
naminə bu addımı atmalı idiniz.
Biz Sizi və Sizin xeyirxah xalqınızı ürəkdən dəstəklə-
yirik”!
May
Van Fan 1955-ci ildə Vyetnamın qüzey bölgəsin- də, Ninbin əyalətinin Kim- şon
mahalında doğulub. O, Xanoyedəki Xarici dillər kollecinin məzunu olub, sonra
isə təhsilini Belorusiyada (1983) Qorki adına Pedoqoji İnstitutda davam
etdirib. Şair hazırda, Xayfon şəhərində yaşayıb yaradır. Onun şeirləri dünyanın
40-a yaxın dilinə (o cümlədən: rus, ingilis, fransız, belorus, italyan, ispan
və s.) tərcümə edilib.
Varlıqda
həqiqəti, adilik- də mənanı, sadədə gözəlliyi görmək, təbiətin və hadisə- lərin
fitrətinə varmaq May Van Fan poeziyasının əsas özəlliklərindəndir.
Canlı
təbiət rəsmlərinin li- rikası, sevgi, dostluq, həyat, ümid, nigaranlıq,
günümüzün gerçəklikləri – bütün bunlar müəllifin şeirlərində sadə fəlsəfi
fikirlər kimi təqdim olunub. Doğrudur, sadə və fəlsəfi kimi qav- ramlar, ilk
baxışda bir-bi- rilə uzlaşmır, lakin May Van Fan xüsusi bir usta- lıqla buna da
nail olub.
Onun
şeirlərinin bir ço- xunda həm Vyetnam xalqı- na, həm də bütün insanlığa
ünvanlanmış ismarıclar vardır. Uzaqlarda yaşasa da, xalqımızın yaxın dostların-
dan olan May Van Fanın şeirlərini oxuduqca gözü- müzün önündə qəribə, ma- raqlı
poetik surətlər canlanır. Onun düşüncə tərzində Kafkaya bənzərlik vardır.
Şairi
yaradıcılığında dao- sizm, dzen-buddizm, eləcə də, ekzistensializm xətləri
bir-birilə kəsişir. Bəzən in- sana elə gəlir ki, Van Fan Yeri bir quş uçuşu zirvəsin-
dən seyr edir, çoxlarının görə bilmədiyini görür, du- ya bilmədiyini duyur...
“Qəflətən
bəlli olur ki, bizim hamımızın qan qrupu birdir. Biz bu isti qırmızı çayın
damarlarımızda ax- masına mane ola bilmirik. Mən elə həmin adamam, lakin bir
qədər fərqli. Bir böcək və ya yırtıcı kimi müstəqil və azad... Sudakı balıq,
göyüzündəki quş kimi xoşbəxt”...
Əzabkeş
Vyetnam torpa- ğında belə bir fenomenin yetişməsi bir Tanrı lütfüdür desək,
yanılmarıq.
Düşünürəm
ki, artıq bir çox dillərə tərcümə oluna- raq sevilmiş May Van Fan şeirlərinə
müraciət edən Azərbaycan oxucusu da bo- şuna vaxt itirmiş olmayacaq. Əksinə,
mənən daha da zənginləşəcəkdir.
Bu
şeirlərin əsl dəyəri bəl- kə bu gün, bəlkə də qə- rinələr sonra veriləcək, bil-
mirəm; amma onu bilirəm ki, bir şair haqqında geniş təsəvvürə malik olmaq üçün
ilk növbədə, onu oxu- maq gərəkdir.
Gəlin
birlikdə oxuyaq və tanıyaq! İnanıram ki, tanıdıqca sevəcək, sevdikcə da- ha
yaxından tanıyacaqsınız.
Afaq ŞIXLI AYB
Moskva bölməsinin katibi, şair-tərcüməçi
AFAQ ŞIXLI
AFAQ ŞIXLI (Şıxlinskaya) – həkim, şair, publisist, tərcüməçi.
Azərbaycan, Rusiya və Avrasiya Yazarlar birliklərinin üzvü, Azərbaycan Jurnalistlər birliyinin üzvü, Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının üzvü, Rusiya Poeziya Akademiyasının müxbir üzvü, “Nicat” – Azərbaycan irsinin dirçəlişi cəmiyyətinin təsisçisi və həmsədri, AYB-nin Moskva bölməsinin məsul katibi.
VOİCEPRESS djb.az-a istinadən xəbər verir ki, o,1969-cu il 25 iyunda Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. Bakıda Azərbaycan Dövlət tibb institutunu bitirib. Moskva şəhərində Qorki adına Ədəbiyyat institutunun nəzdindəki Ali Ədəbiyyat kurslarına daxil olub.
Hazırda Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. Ailəlidir, iki övlad anasıdır. Çoxsaylı şeirlərin, hekayə və publisistik yazıların, eləcə də, rus, türk və tatar müasir və klassik ədəbiyyatından bədii tərcümələrin müəllifidir. Səkkiz kitabı nəşr olunub.
Əsərləri Türkiyə türkcəsinə, rus, ingilis, fransız, özbək və tatar dillərinə tərcümə olunub; Azərbaycan, Rusiya, Türkiyə, Almaniya, Yaponiya, Latviya, Özbəkistan, Tacikstan kimi ölkələrin mətbuatında yayımlanmaqdadır.
Mikayıl Muşfiq adına mükafata, Şahmar Əkbərzadə adına Beynəlxalq mükafata layiq görülüb. Dədə Qorqud fondunun “Mehriban Ana” ordeni ilə təltif olunub.