Yenta dağındakı çiçəklər (şeirlər). May Van Fan. Rus dilindən çevirən: Afaq ŞIXLI. Redaktorlar: Əkbər QOŞALI, Afaq ŞIXLI
May
Van Fan
Rus
dilindən çevirən: Afaq
ŞIXLI
Redaktorlar: Əkbər QOŞALI, Afaq ŞIXLI
Afaq ŞIXLI, şair-tərcüməçi
Yenta* dağındakı çiçəklər
(Bông hoa Yên Tử)
Dağın zirvəsində bitən çiçəklər
nə dəli rüzgarlardan qorxmuş,
nə başı üstdən ötən buludlardan.
Yeddi yüz il bundan öncə
İmperator
Xoanq Tran Nxan Tonq bu
çiçəklərin yanından ötərkən
onlara təzim etmiş.
Sən də, mən də, övladlarımız da –
onları görərkən baş əyib keçək!
... Dağın ətəyində bambuk dəyənəklərə
dirənərək
irəliləyən ziyarətçilər gözlərini yuxarı
dikmişdilər;
alışıb-yanan çiçəklərin tüstüsü göyə
qalxırdı.
*
Yent dağı Vyetnamın paytaxtı Xanoya çəhərindən 130 km məsafədə yerləşir.
Hündürlüyü 1068 metrdir. Burada buddistlərin Çuk Lam sektasına məxsus, 11
məbəddən ibarət böyük bir kompleks vardır. Sektanın rəhbəri Vyetnam kralı Çan
Nyan Tonq olmuşdur.
Mənbə
: «Gün doğarkən», Bakı, 2022)
AFAQ ŞIXLI
AFAQ ŞIXLI (Şıxlinskaya) – həkim, şair, publisist, tərcüməçi.
Azərbaycan, Rusiya və Avrasiya Yazarlar birliklərinin üzvü, Azərbaycan Jurnalistlər birliyinin üzvü, Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının üzvü, Rusiya Poeziya Akademiyasının müxbir üzvü, “Nicat” – Azərbaycan irsinin dirçəlişi cəmiyyətinin təsisçisi və həmsədri, AYB-nin Moskva bölməsinin məsul katibi.
VOİCEPRESS djb.az-a istinadən xəbər verir ki, o,1969-cu il 25 iyunda Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. Bakıda Azərbaycan Dövlət tibb institutunu bitirib. Moskva şəhərində Qorki adına Ədəbiyyat institutunun nəzdindəki Ali Ədəbiyyat kurslarına daxil olub.
Hazırda Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. Ailəlidir, iki övlad anasıdır. Çoxsaylı şeirlərin, hekayə və publisistik yazıların, eləcə də, rus, türk və tatar müasir və klassik ədəbiyyatından bədii tərcümələrin müəllifidir. Səkkiz kitabı nəşr olunub.
Əsərləri Türkiyə türkcəsinə, rus, ingilis, fransız, özbək və tatar dillərinə tərcümə olunub; Azərbaycan, Rusiya, Türkiyə, Almaniya, Yaponiya, Latviya, Özbəkistan, Tacikstan kimi ölkələrin mətbuatında yayımlanmaqdadır.
Mikayıl Muşfiq adına mükafata, Şahmar Əkbərzadə adına Beynəlxalq mükafata layiq görülüb. Dədə Qorqud fondunun “Mehriban Ana” ordeni ilə təltif olunub.
Azərbaycan
təbiəti şəkillər