Göylərin nəhayətsiz olduğu yer (şeirlər). May Van Fan. Rus dilindən çevirən: Afaq ŞIXLI. Redaktorlar: Əkbər QOŞALI, Afaq ŞIXLI
May
Van Fan
Rus
dilindən çevirən: Afaq
ŞIXLI
Redaktorlar: Əkbər QOŞALI, Afaq ŞIXLI
Afaq ŞIXLI, şair-tərcüməçi
Göylərin
nəhayətsiz olduğu yer
(Nơi
trời rộng)
İsti yay mövsümü bitmək üzrə...
Ağaclar
çağlayan bulaqların yaxınlığındaca
susuzluqdan yanır...
Torunu cırmış balıqlar pozar zamanın
düzənini.
Sonsuzluğa atlamadan öncə sıxılar insan.
Uca qüllələr
fəzanı zəbt etmiş sanki.
Göy muncuqlarla süslənmiş tac qoy
başına, parlasın saçların.
Şimşək, ildırım, fırtına – qorxmaz heç
nədən.
Sən də qorxma.
Üzün Ayın görünməyən tərəfi kimidir...
Şirin meyvə kimi,
qızıl rəngli düyü kimi...
Nədənsə düyü buxarına bürünmüş ixtiyar
qadın və kişi surətləri kövrəldir
məni..
Buxar canıma hopur,
bir-birinə hörür buludları, hər nəfəsdə
bir ümid doğurur.
Soyuq yağış üşüdür sinəmi.
Hər şeyi, ləziz bir yeməyin dadı kimi,
yaddaşıma həkk etmək üçün...
Həqiqət – kəlmələri azad edər, qurtuluş
yox!
Özümə əmin olduqca
atəşin ağzındakı damğanı bir o qədər
aydın görürəm...
Mənbə
: «Gün doğarkən», Bakı, 2022)
Azərbaycan
təbiəti şəkillər