İlbaşı arınması (şeirlər). May Van Fan. Rus dilindən çevirən: Afaq ŞIXLI. Redaktorlar: Əkbər QOŞALI, Afaq ŞIXLI
12/09/2022
May
Van Fan
Rus
dilindən çevirən: Afaq
ŞIXLI
Redaktorlar: Əkbər QOŞALI, Afaq ŞIXLI
Afaq ŞIXLI, şair-tərcüməçi
İlbaşı
arınması
(Tắm
đầu năm)
Nə qədər yuyunsam da, hələ təmiz
deyiləm.
Çırağın işığında arınmaq üçün geri
dönürəm.
Çiyinlərimə düşsün işıq,
sonra əllərimə, çənəmə,
ayaqlarıma, dizlərimə,
gözlərimə...
İşıq yayılsın hər küncə- bucağa,
bütün gizli köşələrə...
Qızmar dəmiri suya cəzb edən qüvvə kimi,
qol-budaq atan ağac kimi...
nəhayətsizdir onun gücü.
Baharın xətrinə arınıram.
Səssizcə ata-babalarıma yada salıram.
Sadəcə işığa dalıram...
İşıq selinin altında adını anıram.
Beşik kimi yırğalanır işıq.
Uzaqda olanları düşünürəm.
Qoy çırağımız
getdikcə daha
gur yansın!
Mənbə
: «Gün doğarkən», Bakı, 2022)
Azərbaycan
təbiəti şəkillər